Bakı. Trend:
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatzamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan,əvvəllər də məhkum olunmuş 25 yaşlı Məhəmməd Əhmədli və 37 yaşlıNaim Süleymanov saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat XidmətininŞəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onlardan 7 kiloqram marixuana, heroin,metamfetamin və metadon həbləri aşkar olunub.
"Saxlanılanlar şəxsiyyəti istintaqla araşdırılan “Mehdi” adlıİran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarınıbildiriblər. Onlar narkotikləri Bakı şəhərinə apararaq oradadeyiləcək yerə qoyandan sonra bu fəaliyyətlərinin müqabilində maddiqazanc əldə edəcəkmişlər.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həriki şəxs barəsində həbs qətimkan tədbiri seçilib", - məlumatda qeydedilib.