RU

Tramp yalan danışır - Panama prezidenti

BAKI, TurkicWorld

Panama Prezidenti Xose Raul Mulino ABŞ Prezidenti Donald Trampın Panama kanalı ilə bağlı iddialarına sərt reaksiya verib.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, Mulino X (Twitter) hesabında Trampın kanalın geri qaytarılma prosesində olduğu barədə fikirlərini tamamilə yanlış adlandırıb.

“Prezident Tramp bir daha yalan danışır. Panama kanalının geri qaytarılması ilə bağlı heç bir proses yoxdur. Bu məsələ katib Rubio ilə görüşlərimizdə belə gündəmə gəlməyib. Panama və panamalılar adından bu cəfəng iddiaları rədd edirəm”, – deyə o bildirib.

Mulino Panama kanalının tamamilə Panama dövlətinə aid olduğunu vurğulayaraq bildirib ki, iki ölkə arasındakı əməkdaşlıq qarşılıqlı maraqlara əsaslanır və kanalın xilası və ya milli suverenliyə kölgə salmaqla əlaqəsi yoxdur.

“Panama kanalı panamalılara məxsusdur və Panama kanalı olaraq qalacaq”, – deyə Mulino əlavə edib.

Xatıladaq ki, Donald Tramp isə Panama kanalını ABŞ-ın inşa etdiyini və sonradan Panamaya verdiyini, lakin kanalın nəzarətinin Çinə keçdiyini iddia edərək, bunu qəbul etməyəcəklərini bəyan edib.

Избранный
20
turkic.world

1Источники