RU

Neft Fondunun xərclərinin 90%-i dövlət büdcəsinə xərclənib

Dövlət Neft Fondunun indiyədək olan xərclərinin 90%-i dövlət büdəsinə transferlərin payına düşür. 

Büdcə gəlirlərinin yarısını Neft Fondu təmin edib - VƏZİYYƏT AÇIQLANDI

FED.az xəbər verir ki bu barədə Dövlət Neft Fondunun Risklərin idarəedilməsi departamentinin direktoru Vadim Pşeniçnıy məlumat verib. 

Onun sözlərinə görə, Neft Fondunun fəaliyyətinin əsas iki istiqaməti yığım və sabitləşdirici məqsəd daşıyır. 

V.Pşeniçnıy bildirib ki, indiyədək Neft Fondunun xərclərinin əsas hissəsi dövlət büdcəsinə ayrılan transferlərin payına düşür. 

Belə ki, fonddan indiyədək xərclənən 147 milyard dollarn 132 milyard dolları və ya 90%-i dövlət büdcəsinə yönəlib. 

«Bu transferlər dövlət büdcəsinin neft-qaz gəlirlərindən asılılığı olduğu dövrdə Fondun sabitləşmə funksiyasını göstərir», - deyə direktor əlavə edib.

Избранный
29
fed.az

1Источники