RU

Bəs direktor özü hansı heyvanlar aləmindədir?

Xəbər verdiyimiz kimi, paytaxtın Biləcəri qəsəbəsində yerləşən 301 nömrəli tam orta məktəbin müəllimləri direktor Sevda Sarıyevadan şikayətçidirlər.İddia olunur ki, direktor müəllimləri valideynlərin yanında təhqir edir, onlara “dərs dilənçiləri”, “hinduşkabaş” deyir.

XəzərNews.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov məsələyə belə münasibət bildirib:

“Bəs indi müəllimlər məktəbdə “qaqqaq” eləsinlər? Təhsil islahatlarını, kurikulum dəyişikliklərini, maaş artımını gözləyirdik, amma bizə yeni zooloji təsnifat verdilər! Görünür, bəzi direktorlar məktəbi idarəetmə yeri yox, özəl fermaları hesab edirlər.
Maraqlıdır, bəs direktor özü hansı heyvanlar aləmindədir?“



Xəbər 1 dəfə oxunub.
Избранный
22
xezernews.az

1Источники