Rusiya Prezidenti Vladimir Putin ABŞ-yə yeni səfir təyin edib.
“Qafqazinfo” RBC.ru-ya istinadən xəbər verir ki, Putin bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, bu vəzifəni Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev icra edəcək.
Qeyd edək ki, Rusiyanın ABŞ-dəki əvvəlki səfiri Anatoli Antonov Vaşinqtondakı missiyasını 2024-cü ilin oktyabrında başa vurub.