RU

"Barselona"nın gənc ulduzu Çempionlar Liqasında antirekorda imza atıb

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İspaniyanın "Barselona" klubunun müdafiəçisi Pau Kubarsi XXI əsrdə UEFA Çempionlar Liqasında qırmızı vərəqə alan ən gənc futbolçu olub.
Oxu.Az "Opta Sport"a istinadən xəbər verir ki, bu, Kataloniya təmsilçisinin Portuqaliyada "Benfika"ya qalib gəldiyi 1/8 final mərhələsinin ilk matçında gerçəkləşib.
22-ci dəqiqədə meydandan qovulan ispaniyalı müdafiəçi 18 yaş 42 günündə bu halla üzləşib. Əsas heyətdə 65 görüş keçirən Kubarsi, ilk dəfə qırmızı vərəqə ilə cəzalanıb.
Çempionlar Liqası tarixində qırmızı vərəqə alan ən gənc futbolçu nigeriyalı Selestin Babayarodur. O, 1994-cü ildə Belçika təmsilçisi "Anderlext"in heyətində 16 yaş 86 günündə meydandan qovulub.
Qeyd edək ki, "Barselona" "Benfika"nı 1:0 hesabı ilə üstələyib. Cavab görüşü martın 11-də baş tutacaq.
Избранный
106
50
oxu.az

10Источники