RU

Putin ABŞ-yə səfir təyin etdi


Rusiya Xarici İşlər Nazirliyinin Şimali Atlantika Departamentinin direktoru Aleksandr Darçiyev Rusiyanın Vaşinqtondakı səfiri təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, müvafiq sərəncamı Rusiya Prezidenti Vladimir Putin imzalayıb.
“Aleksandr Nikitiç Darçiyev Rusiyanın Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri və Rusiyanın Vaşinqtonda Amerika Dövlətləri Təşkilatı yanında Daimi Müşahidəçi təyin edilsin”, - Putinin rəsmi hüquqi informasiya portalında dərc olunan sərəncamında deyilir.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrovun verdiyi məlumata görə, fevralın 18-də Səudiyyə Ərəbistanında Rusiya-Amerika danışıqlarında Rusiyanın ABŞ-yə və ABŞ-nin Rusiyaya səfirlərinin təcili təyinatını təmin etmək barədə razılıq əldə olunub.
Избранный
122
1
yeniavaz.com

10Источники