RU

BBC fələstinli uşaqların faciəsinə göz yumur?

BAKI, TurkicWorld

BBC xəbər aparıcısı və jurnalist Karishma Patel kanalın Qəzzada baş verən hadisələrə yanaşmasını tənqid edərək istefa verdiyini açıqlayıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, O, BBC-nin fələstinli uşaqların ölümlərinə məhəl qoymadığını və qərəzsizlik prinsipini yanlış tətbiq etdiyini bildirib.

Patel Yaxın Şərq üzrə ekspert kimi çalışarkən beş yaşlı Hind Rəcəbin ölümünü işıqlandırmaq üçün dəfələrlə cəhd etdiyini, lakin redaksiyanın bu xəbərə biganə qaldığını vurğulayıb.

“BBC fələstinli uşaqları uğursuzluğa düçar etdi”, – deyə o qeyd edib.

Patel BBC-nin “Qəzza: Müharibə Zonasında Sağ qalmaq” adlı sənədli filmini efirdən çıxarmasını da tənqid edib.

“BBC bu filmi yayımlaya bilərdi və sadəcə məzmunla bağlı izah verə bilərdi. Amma fələstinli uşaqların yaşadığı faciəyə göz yumdu”.

Bu qərar məşhur aparıcı Qari Lineker və aktrisa Miriam Marqolyes də daxil olmaqla 1000-dən çox şəxs tərəfindən açıq məktubla pislənib.

BBC-nin baş direktoru Tim Davie və sədri Dr. Samir Şah Mədəniyyət, Media və İdman Komitəsində sualları cavablandırarkən, BBC-nin Yaxın Şərq xəbərlərinin müstəqil nəzərdən keçirilməsinə ehtiyac olduğunu qəbul edib.

Beş il BBC-də çalışan Patel bildirib ki, Qəzza xəbərlərindəki redaktor müdaxilələri onu istefa verməyə məcbur edib.

“BBC İsrailin hərbi cinayətləri haqqında məlumat verməlidir. Bu, artıq müzakirə mövzusu deyil. BBC-nin xəbər siyasəti həqiqətə əsaslanmalıdır”, – deyə o əlavə edib.

Patel, BBC-nin 2018-ci ildə “İqlim dəyişikliyi realdır” ifadəsini redaksiya siyasətinə daxil etdiyini xatırladaraq ,

“Bəs BBC İsrailin beynəlxalq hüququ pozduğunu nə vaxt qəbul edəcək?” - deyə sual verib

Избранный
39
turkic.world

1Источники