RU

Bakıda Dünya kubokunun açılış mərasimi keçirilib

Bakıda idman gimnastikası üzrə Dünya kubokunun açılış mərasimi keçirilib.

İdman.biz xəbər verir ki, tədbir Milli Gimnastika Arenasında baş tutub.

Azərbaycan Gimnastika Federasiyasının rəsmiləri, Gənclər və İdman Nazirliyinin nümayəndələrinin qatıldığı mərasim iştirakçı ölkələrin bayraqlarının gətirilməsi ilə başlayıb.

Ardınca gənclər və idman naziri Fərid Qayıbov çıxış edib. O, Azərbaycanda hər il gimnastikanın müxtəlif növləri üzrə mötəbər yarışların keçirilməsi və əldə olunan uğurlardan danışıb. Azərbaycan gimnastları uğurlu nəticələrindən bəhs edən nazir Dünya kubokunun idman gimnastikasının ölkəmizdəki inkişafında və təbliğində önəmli rol oynayacağını vurğulayıb. Qayıbov bildirib ki, gimnastlarımızın təcrübə əldə etməsi üçün lazım olan şərait yaradılacaq. Dövlət Himni səsləndiriləndən sonra açılış mərasiminin bədii hissəsi rəqs qruplarının çıxışı ilə yekunlaşıb.

Qeyd edək ki, Dünya kubokunda ölkəmizi kişilər arasında Nikita Simonov (halqalar), İvan Tixonov (turnik), Rəsul Əhmədzadə (sərbəst hərəkətlər, dəstəli at), Mənsum Səfərov (dayaqlı tullanma, turnik), Murad Ağarzayev (sərbəst hərəkətlər), Ramin Dəmirov (paralel qollar), qadınlar arasında Nazənin Teymurova (4 alətdə) və Dəniz Əliyeva (4 alətdə) təmsil edəcəklər.

Dörd günlük yarışların yekununda, həmçinin ən yüksək icra xalını toplamış gimnastlara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq. Dünya kubokunda 19 ölkə mübarizə aparacaq. Yarışın ilk günündə təsnifat mərhələsi baş tutacaq.

İdman.biz

Избранный
19
idman.biz

1Источники