Martın 6-da Ermənistanın müdafiə naziri Suren Papikyan Niderland Krallığının Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Marike Harriet Monro-Vinteri və müdafiə məsələləri üzrə attaşe, polkovnik-leytenant Erik Van Vureni qəbul edib.
Herbiand.az bu barədə Ermənistanın Müdafiə Nazirliyinə istinadən bildirir.
Görüş zamanı Ermənistan və Niderland arasında müdafiə sahəsində əməkdaşlıq imkanları ilə bağlı məsələlər, xüsusən fevralın 15-də Münhendə Niderlandın müdafiə naziri Ruben Brekelmans ilə görüşdə əldə olunmuş razılaşmalar müzakirə edilib.
Papikyan ilə Niderland səfiri regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələləri də müzakirə ediblər.
Bəxtiyar CƏFƏRLİ