RU

Qadınların cəmiyətdə rolu yüksək səviyyədədir- ÖZƏL

"Azərbaycan qadınlarının cəmiyyətdə rolundan bəhs edərkən Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın xidmətləri göz önünə gəlir. Mehriban xanım Əliyevanın  atdığı hər addımın əsasında xeyirxahlıq, humanizm, səmimiyyət, vətəndaşlıq təəssübkeşliyi dayanır. Uğurlarımıza davamlı töhfələr verən Mehriban xanım Əliyevanın xidmətlərinin  miqyası geniş, ölçüyəgəlməzdir". "Olaylar" xəbər verir ki, bunu YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva deyib: "Azərbaycan reallıqlarının təbliği istiqamətində dünyanın müxtəlif ölkələrində keçirilən tədbirlər, təqdimatlar, hazırlanan vəsaitlər, nəşr edilən kitablar məqsəd və məramın açıqlanmasına yardımçı olur.  Onun  təşəbbüsü ilə dünyanın  qeyri-maddi irsinə daxil olunan muğam sənətinin qorunub saxlanılması və təbliği istiqamətində görülən  işlər təqdirəlayiqdir. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva xidmətlərinə görə "Heydər Əliyev" ordeni ilə təltif edilib.  Mehriban xanım Əliyevanın aldığı mükafatlar da, fəxri adlar da   onun fəaliyyətinin nə dərəcədə çoxşaxəli olduğunu açıqlayır. Onun fəaliyyətinə verilən ən böyük qiymət təbii ki, xalqın sevgisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
37
olaylar.az

1Источники