RU

İran rejimi su qıtlığına görə ictimaiyyəti su istehlakını 20% azaltmağa çağırır

İran rejimi paytaxt Tehran əhalisinə bəndlərdə suyun səviyyəsinin aşağı düşməsi səbəbindən su istehlakını 20 faiz azaltmağa çağırış edib.

GünazTV "TRT Haber"-ə istinadən xəbər verir ki, Tehran beşinci quraqlıq ilinə qədəm qoyub, yağışların 45 faiz azalması paytaxtda su qıtlığı həyəcanına səbəb olub.

Məlumatda deyilir ki, paytaxtı su ilə təmin edən bəndlərdə suyun həcmi azalıb və hava proqnozları gələn il də quraqlığın davam edəcəyini göstərir.

Tehran Su İdarəsi yay aylarında suyun kəsilməsinin qarşısını almaq üçün əhalini istehlakını 20 faiz azaltmağa çağırıb.

Tehranın su ehtiyatları və istehlakında balanssızlıqla üzləşdiyi, bəzi evlərdə gündə adambaşına 500 litr su sərf edildiyi, bunun da standartlardan xeyli yüksək olduğu bildirilib.

Bu çərçivədə həddindən artıq sudan istifadə edən abonentlərə ilk mərhələdə xəbərdarlıq ediləcəyi və yüksək istehlakın davam edəcəyi təqdirdə suyunun kəsiləcəyi bildirilib.

visiontv.az



Избранный
35
1
visiontv.az

2Источники