Meksika prezidenti Klaudiya Şeynbaum ABŞ-ın Meksikadan idxal edilən məhsullara 25 faiz rüsum tətbiq etmə qərarına reaksiya verib.
reportyor.tv xəbər verir ki, Şeynbaum bu barədə Milli Sarayda keçirdiyi gündəlik mətbuat konfransında danışıb.
O, Meksikanın heç bir ölkəyə təslim olmayacağını vurğulayıb:
"Bazar gününə qədər bu prosesdə nələrin olacağını nəzərə alsaq, Meksika üçün son dərəcə kritik dövrdən keçirik. Lazım gələrsə, suverenlik və ləyaqət çərçivəsində digər ticarət tərəfdaşları da axtarılacaq".
Şeynbaum ABŞ prezidenti Donald Trampla telefon danışığı məsələsinə də toxunub:
"Mövcud şərtlər dəyişməzsə, Kanada və digər ölkələrlə yeni ortaqlıqlar quracağıq. Tariflər qüvvədə qalsa, ölkəmizin gələcəyi üçün mühüm qərarlar verməli olacağıq. Bunlar kritik qərarlardır. Çünki Meksikanın suverenliyini və müstəqilliyini müdafiə etməliyik".
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта