RU

Ukraynada ABŞ və Rusiya arasında proksi muharibə gedir- ÖZƏL

"ABŞ dövlət katibi M. Rubio qeyd edib ki,  Ukraynada Rusiya və ABŞ arasında proksi müharibə gedir. Bununla da D.Tramp administrasiyası müharibənin ABŞ və Rusiya arasında getdiyini vurğuladı". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə partiyasının başqanın müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə deyib: "Göründüyü kimi, D.Tramp  bu proksi müharibədən çəkilmək üçün  birinci olaraq Ukraynaya hərbi və kəşfiyyat dəstəyini dayandırıb. Dövlət katibi M. Rubionun bu açıqlaması, Rusiyanın Ukraynaya qarşı müharibəsində bir növ geopolitik qarşıdurma olduğunu, ABŞ burada tərəf olduğunu, əslində Ağ Ev və Moskva arasında müharibə getdiyinin etirafıdır. V. Putin Ukraynaya qarşı hərbi əməliyyatları Qərbə qarşı olduğunu və Rusiyanın strateji məğlubiyyətinin qarşısını almaq üçün qey edib. ABŞ və Rusiya arasında razılaşma atəşkəs ola bilər. Amma, atəşkəs problemin həlli deyil. 
Artıq, Ukrayna prezidenti Volodimir Zelenski D.Trampa yazdığı məktubda sülhə hazır olduğunu vurğulayıb. D.Tramp Kongresdə çıxışında V. Zelenski ilə bağlı kəskin ifadələr işlətmədi. Ukrayna ilə mineral ehtiyatlarla bağlı sazişin imzalanması perspektivini vurğuladı. Artıq etiraf edilir ki, bu müharibə  Rusiyanın  geopolitik mövqeyini gücləndirmək və fövqəl dövlət statusu əldə etmək üçün hayata keçirilib. ABŞ -da bunun qarşısını almaq üçün Ukraynaya hərbi yardımlar edir.
D.Tramp Rusiya ilə proksi müharibədə güzəştə gedərsə, ABŞ Rusiyaya hərbi müstəvidə məğlub olmasıdır. Nəticədə,  Rusiya bu proksi muharibədə Qərb üzərində parlaq hərbi və siyasi qələbə edə bilər. ABŞ prezidenti Ukraynaya dəstəyi kəsməklə, Rusiyanın da atəşkəsə getməsini istəyəcək. Əgər, Rusiya atəşkəsə getməsə, Ukrayna və ABŞ danışıqları bərpa olunacaq və hərbi yardımlar bərpa edilə bilər. 
Vaşinqton və Moskva arasında konfedensial danışıqlar gedir. Rusiya güzəştlər əldə etməsə, geri çəkilməsi mümkün görünmür. D. Tramp Ukraynada Rusiyaya güzəştə gedərsə, Avropa və Ukrayna razılaşmayacaq müharibə davam edəcək. ABŞ -la Rusiya arasında nüfuz dairəsinin formalaşması istiqamətində danışıqları  Azərbaycana da təsir edə bilər. Ona görə də Azərbaycan Türkiyə və Pakistanla hərbi müstəvidə əməkdaşlığı inkişaf etdirir. Proksi muharibələr nüfuz və təsir dairəsinin formalaşması uğrunda gedir. Rusiya daima Cənubi Qafqaz ölkələrini təhdid edib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
158
50
olaylar.az

10Источники