RU

Yol qazılıb, lakin heç bir iş görülmür - Sumqayıtdan ŞİKAYƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sumqayıt şəhəri, Kamran Hüseynov küçəsində yol kənarında qazılan quyu sakinlərin narazılığına səbəb olub.
Bu barədə onlar tərəfindən Oxu.Az-a şikayət ünvanlanıb.
Sözügedən küçədə hansı iş görüldüyü, quyunun nə məqsədlə qazıldığı məlum deyil.
Məlumata görə, martın 1-dən bu günə qədər qazıntı aparılmış ərazidə işlərin davam etdirilməsi istiqamətində hər hansı bir tədbir görülməyib.
Qeyd edilən problem qalmaqda davam edir.
Məsələ ilə bağlı Oxu.Az Sumqayıt Şəhər İcra Hakimiyyətinə sorğu ünvanlayıb, lakin cavab almaq mümkün olmayıb.
Ərazidən görüntünü təqdim edirik:
Aygün Mirakif
Избранный
143
1
oxu.az

10Источники