RU

“Patriot”un ukraynalı operatorları Trampa fləş-mobla müraciət ediblər

Ukraynanın “Patriot” raket sisteminin operatorları Rusiya ordusu ilə mübarizə üçün hərbi yardımın davam etdirilməsinin zəruriliyi ilə bağlı ABŞ-a müraciət ediblər.

Herbiand.az bildirir ki, bu barədə “Qərb” və “Cənub” Hərbi Hava Komandanlığının sosial şəbəkədəki mesajlarında deyilir.

Xüsusilə “Patriot” hava hücumundan müdafiə raket sisteminin operatorları F-16 pilotunun fləş-mobunu dəstəkləyib və amerikalıları ukraynalılarla yan-yana durmağa və birgə mübarizəni davam etdirməyə çağırıblar.

Amerika xalqına davamlı dəstəyə və hərbi yardıma görə minnətdarlıq ifadə olunub: “Bizi silahla təmin etdiyinə görə bütün Amerika xalqına təşəkkür edirik! Sizin dəstəyiniz sayəsində biz şəhərlərimizi və orada yaşayan insanları qoruya bilərik! Ukraynalıların döyüşü davam edir”.

Bəxtiyar CƏFƏRLİ

Избранный
18
herbiand.az

1Источники