RU

Avropa "real təhlükə" ilə üz-üzə qalıb - Komissiyanın rəhbəri

Bakı.Trend:

Avropa “real təhlükə” ilə üz-üzə qalıb.

Trend xəbər verirki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen öz “X”platformasında yazıb.

Lyayen bildirib ki, Avropanın özünü müdafiə etmək və Ukraynanıgüclü mövqeyə keçirmək imkanı olmalıdır.

“Avropa aşkar və real təhlükə ilə üz-üzə qalıb. Biz özümüzümüdafiə etmək və Ukraynanı güc mövqeyinə keçirməyə qadir olmalıyıq.Avropanın yenidən silahlandırılması müdafiə xərclərini artıracaq,bizim müdafiə-sənaye bazamızı möhkəmləndirəcək və özəl sektoruinvestisiyalara təşviq edəcək”, - deyə o Brüsseldə keçirləcənAvropa İttifaqı liderlərinin sammiti ərəfəsində yazıb.

Qeyd edək ki, Avropa İttifaqının növbədənkənar sammiti bu günBelçikanın paytaxtında keçirilir. Zirvə toplantısında başlıcaolaraq Ukraynaya yardım və “Avropanı yenidən silahlandırmaq”proqramının müzakirəsi olacaq. Sözügedən proqramın layihəsindəAvropa İttifaqı ölkələrinin ABŞ-dan hərbi asılılığını azaltmaqməqsədilə onun hərbi potensialının artırılması, bu məqsədlə də 800milyard avro vəsaitin ayrılması nəzərdə tutulur.

Məqalədə:
Избранный
9
az.trend.az

1Источники