RU

Səfir Trampı tənqid etdiyi üçün vəzifəsindən azad edilib

Səfir

Yeni Zelandiyanın Böyük Britaniyadakı səfiri Fil Qoff, ABŞ Prezidenti Donald Trampı və onun Moskva ilə əlaqələrini gücləndirməyə yönələn səylərini tənqid etdiyi üçün işdən çıxarılıb. “Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, Fil Qoff Londondakı forumda etdiyi çıxışında ABŞ Prezidenti Donald Trampın dünya tarixini nə qədər yaxşı bildiyini şübhə altına alıb. O, həmçinin, Trampın Rusiya ilə əlaqələri bərpa etməyə yönələn cəhdlərini Uinston Çörçilin fəaliyyətlərinə qarşı qoyub.Qoff, forumda Çörçilin məşhur sözlərini qeyd edərək, "Sizdə müharibə və təhqir arasında seçim var idi. Siz təhqiri seçdiniz, amma müharibə olacaq", – deyib. Daha sonra o, forumda iştirak edən Finlandiyanın XİN başçısı Elina Valtosena müraciət edərək, "Prezident Tramp, Çörçilin büstünü Oval ofisə qaytardı. Amma sizcə, o, həqiqətən də tarixə bələdidirmi?" – sualını verib.Yeni Zelandiyanın XİN başçısı Uinston Piters, Qoffun açıqlamalarını "dərin narahat edici" və Yeni Zelandiya hökumətinin mövqeyini əks etdirməyən sözlər kimi qiymətləndirib. O, həmçinin, Qoffun sözlərinin onun Londondakı yüksək komissar vəzifəsini etibarsız hala gətirdiyini bəyan edib.

Diqqət Çəkənlər

Zaur Kərimli: Musiqi Yolu ilə Böyük Uğurlara Doğru

İlham Əliyev və Ərdoğan İğdır-Naxçıvan qaz kəmərinin açılış mərasimində

Florida oğrusu 500 min dollarlıq sırğaları udaraq qaçmağa cəhd edib

Избранный
23
ulusum.az

1Источники