RU

Lavrov və ATƏT-in baş katibi görüşəcək

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının ( ATƏT ) baş katibi Feridun H.Sinirlioğlu ilə danışıqlar aparacaq. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi sosial şəbəkədəki səhifəsində məlumat yayıb.

Məlumata görə, danışıqlar martın 11-də baş tutacaq.

XİN əlavə edib ki, Rusiya tərəfi heç vaxt təşkilata üzv olan bütün dövlətlərin xeyrinə birgə işləməkdən imtina etməyib.

Mina Mikayılova

Избранный
14
bakivaxti.az

1Источники