Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının ( ATƏT ) baş katibi Feridun H.Sinirlioğlu ilə danışıqlar aparacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi sosial şəbəkədəki səhifəsində məlumat yayıb.
Məlumata görə, danışıqlar martın 11-də baş tutacaq.
XİN əlavə edib ki, Rusiya tərəfi heç vaxt təşkilata üzv olan bütün dövlətlərin xeyrinə birgə işləməkdən imtina etməyib.
Mina Mikayılova