RU

"Bizim qarşımızda dövlət qiyafəsi geyinmiş mütəşəkkil terrorla məşğul olan bir struktur dayanıb" - AÇIQLAMA

"Bizim qarşımızda dövlət qiyafəsi geyinmiş mütəşəkkil terrorla məşğul olan bir struktur dayanıb" - AÇIQLAMAXəbər verdiyimiz kimi Ermənistam ordusu Naxçıvanla sərhəddə təxribat törədib.

Belə ki, Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi ilə üzbəüz ərazilərdə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən törədilən yanğın hadisəsi əks olunub.

Ekologiyanın mühafizəsi və yanğının geniş ərazini əhatə etməməsi məqsədi ilə əraziyə cəlb edilmiş Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər həyata keçirilib.

"Bu hadisə Ermənistanın növbəti məkrli planını ifşa etdi" - bunu Sonxeber.az -a açıqlama verən politoloq Tural İsmayılov bildirib:

"Bizim qarşımızda dövlət qiyafəsi geyinmiş mütəşəkkil terrorla məşğul olan bir struktur dayanıb. Ermənistanın dövlət cinayətləri təkcə 30 illik işğal dövründə davam etməyib. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən sonra da Ermənistanın dövlətimizə qarşı cinayətləri bir an olsun dayanmayıb. Sonuncu olaraq Naxçıvanla sərhəddə Ermənistanın yanğınlar törətməsi bir daha onu göstərir ki, bu ölkənin sülhlə bağlı normal mövqeləri mövcud deyil. Bir tərəfdən siyasətçilərinin dili ilə güya Azərbaycanla sülh mesajı verən Ermənistan, digər tərəfdən vəziyyəti daha da gərginləşdirməyə davam edir. Təəssüflər olsun ki, bu gün Ermənistanda özünü sülh missiyası adlandıran Avropa İttifaqının dırnaqarası Mülki Müşahidə Missiyası var. Avropa İttifaqının həmin qəbuledilməz missiyasının möbcud olduğu bir məqamda Ermənistanın bu tip təxribatlar törətməsi bir daha onu göstərir ki, onların real sülhlə bağlı mövqeyi yoxdur. Ermənistanda olan xarici təşkilatlar, dırnaqarası müşahidə missiyaları əslində onları qızışdırmaqla məşğuldur. Bu yanğın hadisəsini törətmək Ermənistanın gələcək məkrli planlarından bəhs edir. Eyni zamanda yanğın hadisəsi Ermənistan hakim komandasının Azərbaycan əleyhinə müxtəlif boğazdan yuxarı bəyənnatlar verməsi fonunda baş verir. Bu yanğın hadisəsi Ermənistanın növbəti məkrli planını ifşa etmiş olur".

Çiçək Sadatova

Избранный
15
sonxeber.az

1Источники