RU

"Tovuz təmsilçisinin vəziyyətini kritikləşdirəcəyi inandırıcı deyil" - Aslan Kərimov

36 turdan ibarət Misli Premyer Liqasının artıq 25 turu geridə qalıb. Düzdür, qarşıdakı 11 oyun həftəsində çox şey dəyişə bilər, amma il 4 yerdə qərarlaşan komandaların avrokuboklara vəsiqə baxımından işin çox hissəsini gördüklərini iddia etmək olar. Reqlamentə əsasən Azərbaycan Kubokunu qazanan kollektiv Avropa Liqasında iştirak edəcək. Kubokun qalibi ilk çempionatı "3-lük"də tamamlayarsa, belədə, 4-cü olan da Konfrans Liqasında mübarizə aparmaq hüququ qazanacaq. Hazırda "Qarabağ" 60 xalla liderdirsə, ikinci yerdəki "Zirə"nin 48 xalı var. "Araz-Naxçıvan" (46) üçüncü, "Turan Tovuz" dördüncü pillədə mövqe tutub. İlk "3-lük"dəki komandalardan "Qarabağ"ın və Naxçıvan təmsilçisinin kubokun yarımfinalına yüksəldiklərini nəzərə alsaq (digər yarımfinalçılar "Sabah" və "Neftçi"dir), tovuzluların uzun fasilədən sonra Avropa səhnəsində mücadilə etmək ehtimalı da az deyil. 5-ci yerdəki "Sabah"la xal fərqinin 8 olması yetərincə ciddi üstünlükdür. 

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimovla əlaqə saxlayıb mövcud vəziyyəti dəyərləndirməsini istədik. Onun Fanat.Az-a açıqlaması belə oldu:

"Sabah" və "Neftçi"nin ilk "4-lük"dəki komandalara çatması çox çətin olacaq. Dördüncü yerdəki "Turan Tovuz"un ən yaxın təqibçisini 8 xal qabaqlaması ciddi fərqdir. Digər tərəfdən, Tovuz təmsilçisinin ardıcıl məğlubiyyətlərlə vəziyyətini kritikləşdirəcəyi inandırıcı deyil. "Sabah" və ya "Neftçi"nin avrokuboklara kuboku qazanmaqla yollanmaq ehtimalları qüvvədədir. Məlum məsələdir ki, bu baş versə, çempionatı 4-cü sırada başa vuran kollektiv kənarda qalacaq".

Nihat

Избранный
11
fanat.az

1Источники