Yaxın keçmişdə yığmamızın şərəfini qoruyan, "Neftçi"nin heyətində ikiqat ölkə çempionu tituluna yiyələnən, hətta İngiltərənin "Everton" klubuna keçən Araz Abdullayev bu gün Azərbaycan çempionatının I Liqasında dubla imza atıb.

Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumçu "Qaradağ Lökbatan"ın heyətində fərqlənib.

Ancaq kapitanın MOİK-ə vurduğu 2 qol qələbə üçün yetərli olmayıb - 2:2. "Qaradağ Lökbatan" sonuncu - 10-cu pillədən qurtula bilməyib. 

Çempionatın digər autsayderi "Difai" isə "Baku Sporting"ə uduzub.

I Liqa, XVII tur

MOİK - "Qaradağ Lökbatan" 2:2

İbrahim Əliyev, 5; Nihad Qurbanlı, 62 -  Araz Abdulayyev, 5; 45+2 (pen.)

"Difai" - "Sportinq" 0:1

Luka Stevanoviç, 40