Yaxın keçmişdə yığmamızın şərəfini qoruyan, "Neftçi"nin heyətində ikiqat ölkə çempionu tituluna yiyələnən, hətta İngiltərənin "Everton" klubuna keçən Araz Abdullayev bu gün Azərbaycan çempionatının I Liqasında dubla imza atıb.
Offsideplus.az xəbər verir ki, 32 yaşlı hücumçu "Qaradağ Lökbatan"ın heyətində fərqlənib.
Ancaq kapitanın MOİK-ə vurduğu 2 qol qələbə üçün yetərli olmayıb - 2:2. "Qaradağ Lökbatan" sonuncu - 10-cu pillədən qurtula bilməyib.
Çempionatın digər autsayderi "Difai" isə "Baku Sporting"ə uduzub.
I Liqa, XVII tur
MOİK - "Qaradağ Lökbatan" 2:2
İbrahim Əliyev, 5; Nihad Qurbanlı, 62 - Araz Abdulayyev, 5; 45+2 (pen.)
"Difai" - "Sportinq" 0:1
Luka Stevanoviç, 40