RU

Robin van Persi “İnter”ə məğlubiyyəti şərh etdi

“Feyenoord”un baş məşqçisi Robin van Persi Çempionlar Liqasının 1/8 finalının “İnter”lə ilk oyununda ev məğlubiyyətini (0:2) şərh edib.

Arena.az niderlandlı mütəxəssisin oyunsonrası mətbuat toplantısında səsləndirdiyi müvafiq fikrini təqdim edir:

“Biz oyuna yaxşı başladıq, birinci hissə yaxşı idi, amma biz həqiqətən böyük fürsətlər yaratmadan, onlara böyük təzyiq göstərdik. Təəssüf ki, biz rəqibin elə, ilk imkanındaca qol buraxdıq. Biz ikinci hissədə çox erkən qol buraxdıq, bu isə bizim, nəticəyə olan imkanlarımızın üstündən xətt çəkdi”, deyə Robin van Persi məyusluqla bildirib.

Əlavə edək ki, bu oyun 41 yaşlı Robin van Persinin “Feyenoord”un sükanı arxasında baş məşqçi qismində avrokuboklarda debütü olaraq əlamətdar olub.

Cavab oyunu çərçivəsində “Feyenoord” martın 11-də Milanda “İnter”in “qonağı” olacaq.

Избранный
28
arena.az

1Источники