RU

Paşinyan erməni xalqını çaşdırdı – “Əvvəlcə Zəngəzur…”

Ukrayna münaqişəsində xaosun dərinləşməsi fonunda sanki Avropa İttifaqı (Aİ) və ABŞ Ermənistanı unudub. Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın ölkəsi üzərində təsirini azaltmaq məqsədi ilə bir müddət Qərbə yönəlsə də ABŞ-da Donald Trampın hakimiyyətə gəlməsindən sonra yenidən rəsmi Moskva ilə münasibətlərin normal olmasında maraqlı görünür.

Azərbaycan və Türkiyənin də Ermənistanla münasibətləri məlumdur. Hər iki ölkə rəsmi İrəvanın üzərinə düşən öhdəliklərə əməl etməsini, Zəngəzur dəhlizinin açılmasını və sülh müqaviləsinin imzalanmasını istəyir.

Ermənistan üçün ağır hesab edilən bu vəziyyətdən Paşinyan hansı addımları ata bilər? Ölkəsini, öz hakimiyyətini qorumaq naminə bu dəfə Azərbaycanın şərtlərinə əməl edəcəkmi?

Milli Məclisin deputatı Elçin Mirzəbəyli deyib ki, Ermənistan baş nazirinin son günlər, xüsusilə də Tramp-Zelenski görüşündən sonra məqaləsində və açıqlamalarında səsləndirdiyi fikirlər rəsmi İrəvanın çaşqın durumda olduğunu təsdiqləyir:

“Avropa İttifaqına üzvlüklə bağlı məsələnin heç bir tutarlı arqument olmadan təxirə salınması, İrana yönəlik mesajların, yenə də heç bir əsas olmadan artması, kommunikasiyaların açılması ilə ənənəvi iddialara yeni və tamamilə gülünc görünən mülahizələrin əlavə olunması da bu çaşqınlığın göstərici kimi dəyərləndirilə bilər.

Elcin mirz%C9%99b%C9%99yli

Elçin Mirzəbəyli

BMT daxil olmaqla, bütün qlobal təhlükəsizlik mexanizmlərinin sıradan çıxdığı, yenilərinin hətta nəzəri əsaslarının olmadığı, regional güc mərkəzləri konsepsiyalarının önə çıxdığı bir zamanda Ermənistan bütün regional proseslərdən kənarda qalıb.

Rəsmi İrəvanın regional inteqrasiya proseslərində iştirakının yeganə yolu isə Azərbaycanla münasibətlərin normallaşmasından keçir. Rusiya-Ukrayna müharibəsi fonunda Cənubi Qafqaz arxa plana keçib, Paşinyanın istinad etdiyi mərkəzlərin özü belə çaşqın durumdadır.

Məsələn, Avropa İttifaqına üzv olan böyük dövlətlərin bir hissəsinin, o cümlədən Fransanın belə çaşqın vəziyyətdə olduğu bu dönəmdə özünü itirmiş Ermənistan baş nazirinin ziddiyyətli açıqlamalarından çıxan nəticə ondan ibarətdir ki, Paşinyanın və himayəçilərinin mövcud durum üçün hazır resepti yoxdur.

Belə bir vəziyyətdə Ermənistan, dəyişkən maraqların təsirindən çıxaraq regional inteqrasiya proseslərinə qoşula bilərmi? Zənnimcə Paşinyanın və komandası buna hazır deyil”.

Safura Bənnayeva

Mənbə: globalinfo.az

Избранный
17
globalinfo.az

1Источники