RU

Hicran Hüseynova Sumqayıtda vətəndaşlarla növbəti görüş keçirib -FOTO

42 saylı Sumqayıt birinci seçki dairəsinin deputatı və Milli Məclisin komitə sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının inzibati binasında vətəndaşlarla növbəti görüş keçirib.

Görüş zamanı H.Hüseynova vətəndaşların müraciətlərini  dinləyib, onların qaldırdığı məsələləri müzakirə edib. Müraciətlər əsasən ailə-məişət məsələləri, işlə təminat, əmək təqaüdləri və sosial problemlərlə bağlı idi. Bir sıra məsələlər yerindəcə həll edilib, digərlərinin isə araşdırılması və həlli üçün müvafiq dövlət qurumlarına sorğular göndərilib.

Daha sonra Hicran Hüseynova Sumqayıt Dövlət Dram Teatrının direktoru Şəfiyev Samir və Sumqayıt şəhər 35 nömrəli məktəbin 8-ci sinif şagirdi Cavadzadə Nuray Əli qızı ilə görüşüb: “Görüşdə Nuray Cavadzadəyə böyük uğurlar arzuladım! Bu qədər möhtəşəm nailiyyətlər əldə etmək həqiqətən təsir edicidir. Fibonacci Robot olimpiadasının dünya 3-cüsü olmaq, həmçinin MUN- Roma və Kimya Respublika yarışlarında qazandığı uğurlar onun çox istedadlı və çalışqan bir şagird olduğunu təsdiq edir. Gələcəkdə daha çox uğur qazanacağına inanıram!”

Избранный
7
1
ikisahil.az

2Источники