Gəncədə “Dubay bazarı” deyilən ərazinin yaxınlığında yerləşən qəsəbədə ikimərtəbəli kommunal tipli yaşayış binasında yanğın baş verib.
Bizim. Media-nın yerli bürosunun məlumatına görə, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri və texnikaları cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта