RU

Yayda özünə yeni klub axtaracaq - Oynatmırlar, neyləsin bəs?

“Bayern”in müdafiəçisi Saşa Boye cari mövsümün sonunda komandanı tərk edə bilər.

Sportinfo.az “getfootballnewsfrance”-a istinadən xəbər verir ki, fransalı Münhen komandasında əsas heyət uğrunda mübarizədə qalib gələ bilməyib və bu səbəbdən özünə yeni klub axtaracaq.

“Bayern”in rəhbərliyi 24 yaşlı müdafiəçi üçün sərfəli təklif gələrsə, onu satmağa hazırdır. O, ötən ilin yanvarında bu komandaya keçib.

Boye “Bayern”lə 2028-ci ilin iyun ayının sonuna qədər olan müqavilə imzalayıb. Onun transfer dəyəri 18 milyon avro qiymətləndirilir.

Избранный
27
7
sportinfo.az

10Источники