RU

Tovuzda körpə ÖLÜMÜ

Tovuzda doğuşda körpə ölümü baş verib.

AzEdu.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb.

 

Rayonun Yanıqlı kəndində yaşayan 23 yaşlı Səmayə Abbasova 41-42 həftəlik hamiləliklə doğum şöbəsinə yerləşdirilib. Körpə doğuşda ölüb.

 

Körpənin doğuş zamanı boğulmadan öldüyü bildirilir.

 

Məsələ ilə bağlı TƏBİB-dən bildirilib ki, martın 4-ü saat 17:30 radələrində Gədəbəy rayon sakini 23 yaşlı hamilə qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına daxil olub:

 

“Qeysəriyyə üsulu ilə cinsi kişi, çəkisi 3500 qram, boyu 50 sm olan körpə doğulub. Uşaq doğularkən ona asfiksiya diaqnozu təyin edilib.

 

Göstərilən bütün zəruri tibbi xidmətlərə baxmayaraq, 05.03.2025-ci il saat 13:30 radələrində körpənin ölüm faktı qeydə alınıb.

 

Faktla bağlı araşdırma aparılır”.

Избранный
51
7
azedu.az

10Источники