RU

Avropa çempionu olmuş futbolçu karyerasını bitirdi

Bakı. Trend:

İspaniya millisinin və İngiltərənin “Mançester Siti”komandasının sabiq futbolçusu Alvaro Neqredo karyerasınıbitirib.

Trend xarici KİV-lərəistinadən xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə sosial şəbəkəhesabında video paylaşıb.

2012-ci ildə İspaniya millisi ilə Avropa çempionu olmuşA.Neqredo karyerası ərzində 716 rəsmi oyunda 269 qolla yaddaqalıb.

Qeyd edək ki, Alvaro Neqredo karyerası ərzində “Mançester Siti”ilə yanaşı, ölkəsində “Real Madrid”, “Sevilya”, “Valensiya” vəTürkiyədə “Beşiktaş” kimi tanınmış komandaların formasınıgeyinib.

Məqalədə:
Избранный
45
6
az.trend.az

7Источники