RU

Metronun “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarında nasazlıq yaranıb

Bakı, 6 mart, AZƏRTAC

“Bakı Metropoliteni” QSC-nin “28 May” stansiyasında “Dərnəgül-Əhmədli” marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yarandığı üçün sərnişinlər düşürülüb və qatar “Nərimanov” elektrik deposuna göndərilib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, əvəzinə xəttə qatar verilib.

İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Избранный
79
3
azertag.az

10Источники