Bakı. Trend:
Ağdamda baş verən qəzada 1 nəfər ölüb, 1 nəfər isə xəsarətalıb.
Trend-in yerli müxbirininəldə etdiyi məlumata görə, hadisə işğaldan azad olunmuş Ağdam-Füzuli yolunda baş verib.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolkənarına aşıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə ağır xəsarətalıb.
Hazırda təcili tibbi yardım bölməsinin 2 avtomobili hadisəyerinə çağrılıb.
Faktla bağlı araşdırma başlanıb, ölən və yaralanan şəxslərinkimliyi dəqiqləşdirilir.