RU

Polşa Gürcüstandan olan qeyri-qanuni mühacirləri deportasiya edir

Polşa dövlətin ərazisində qeyri-qanuni yaşayan Gürcüstan vətəndaşlarını, yəni gürcü cinayətkarlarını deportasiya etməyə başladı. Bunu Polşanın baş naziri Donald Tusk bəyan edib.

Martın 5-də o, tvitində qeyri-qanuni mühacirləri “gürcü bandaları” adlandırıb. Polşa rəsmilərinin məlumatına görə, martın 5-də 17 Gürcüstan vətəndaşı ölkədən deportasiya edilib.

“Deportasiya başlayıb. Biz faktiki olaraq gürcü bandalarını məhv edirik. Sözlər deyil, hərəkətlər”, - Tusk yazıb.

Baş nazir tvitini sərhəd polisinin gürcü qeyri-qanuni miqrantları təyyarəyə apardığı video ilə müşayiət edib.

“Polşa çox tolerant ölkədir, lakin biz heç bir cinayətə dözməyəcəyik. Cinayətkarlar burada xoş qarşılanmır və deportasiya olunacaqlar... xırda oğurluq, narkotik alveri və ya mütəşəkkil cinayətkarlıqda iştirak etməsindən asılı olmayaraq”, – Polşa xarici işlər nazirinin sözçüsü Yasek Dobjinski bildirib.

Polşa rəsmiləri bildiriblər ki, martın 5-də deportasiya edilən Gürcüstan vətəndaşları arasında Polşanın müxtəlif yerlərindən deportasiya üçün gətirilən 24-58 yaşlı kişilər var.

Almaz Həsənli

Избранный
14
oxumeni.az

1Источники