RU

AK Aİ-nin müdafiəsi üçün vətəndaşların 10 trilyon avroluq yığımlarından istifadə etmək niyyətindədir

Avropa Komissiyası (AK) Avropa İttifaqı (Aİ) ölkələri vətəndaşlarının istifadə olunmayan yığımlarının ümumi həcmini 10 trilyon avro olaraq qiymətləndirir və bu vəsaitləri Avropanın hərbiləşdirilməsinin maliyyələşdirilməsi və Avropa hərbi-sənaye kompleksinin dəstəklənməsi üçün səfərbər etmək niyyətindədir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə maliyyə xidmətləri və investisiyalar üzrə Avropa komissarı Mariya Luiş Albukerkenin AK-nın mətbuat xidməti tərəfindən yayılmış bəyanatında bildirilib.

“Avropalıların yığımlarının əhəmiyyətli hissəsi çox aşağı faiz dərəcələri (illik 0,3-0,8%) ilə depozitlərdə və hətta nağd pul ehtiyatları şəklində yatır. Bu resursların hətta kiçik bir hissəsinin səfərbər edilməsi Aİ-də investisiya mənzərəsini dəyişə bilər”, – Avropa komissarı qeyd edib.

Albukerke vurğulayıb ki, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen tərəfindən elan edilmiş Avropanın yenidən silahlandırılması planı əsasən bu özəl investisiyaların cəlb edilməsinə əsaslanacaq.

Onun sözlərinə görə, Avropanın problemi işləməyən yığımlar və vəsaitə ehtiyacı olan müəssisələr arasındakı uçurumdur. Buna görə də AK özəl vəsait sahiblərinin vəsaitlərini Aİ sənayesinə investisiya qoymaq üçün yeni səfərbərlik sxemi yaratmaq niyyətindədir. Bu sxem birliyin İnvestisiya və Yığımlar İttifaqı adlı proqramı çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, Aİ liderlərinin martın 6-da keçiriləcək sammitdə müzakirə edəcəkləri Avropanın yenidən silahlanması planı, AK Prezidentinin fikrincə, 2029-cu ilə qədər Aİ hərbi sənayesinə 800 milyard avro cəlb etməlidir.

Избранный
28
nocomment.az

1Источники