RU

Qazaxstan təhsilindən geriliyimiz azı 15 ildir

İlham Əhmədov, dosent

Bizim ETN Qazaxstan ETN ilə əməkdaşlıq etmək istəyir. Bu məqsədlə Qazaxstan ETN rəhbərliyi ölkəmizə dəvət edilib. Lap yaxı.
Amma, səmərəli əməkdaşlıq o zaman olur ki, hər iki tərəf eyni inkişaf səviyyəsində olsunlar, bir-birinin təcrübəsindən faydalansınlar. Bizim təhsil sistemləri, universitetlər, təhsildəki insan kapitalı və menecerlərin səviyyələri arasında 10-15 illik fərq var.Yəni, onların bizdən öyrənə biləcəyi faydalı bir təcrübə yoxdur. Biz isə onlardan çox şey öyrənməliyik. Universitetlərə qrant verməkdən başlamış distant təhsil sisteminin yaradılmasına, universitetlərdə texnoparkların yaradılmasına, tədris- metodik bazanın hazırlanmasına, təhsildə rəqəmsal transformasiyaya qədər hər şey.
Qazaxstanın əyalət universiteti olan Pavlodar Dövlət Universiteti son 3 ildə 8 elmi istiqamət üzrə 47 qrant udub (ölkədaxili və beynəlxalq). Bu ali təhsil müəssisəsi həm də universitetdaxili qrant müsabiqələri təşkil edir, universitetin elmi-metodik problemlərinin həllinə yönəli öz əməkdaşlarına hər il qrantlar verir.
Bizim 50 universitet son 30 ildə PDU-nin 3 ildə aldığı qrantların heç yarısı qədər də qrant almayıblar. Çünki, bu 30 ildə ETN-nin universitetlərə yönəli qrant siyasəti və qrant müsabiqəsi ümumiyyətlə olmayıb. Büdcə maliyyələşməsi də olmayıb. Yalnız universitetlərimiz PHŞ olub. Universitetlərimizdə reallaşan maliyyə siyasəti “təmir-tikintiyə milyonlar, elm-təhsilə 0 maliyyə” prinsipi əsasında formalaşıb son 30 ildə. Bu səbəbdən də universitetlərimizin heç bir ciddi nailiyyəti yoxdur.
Maliyyəsiz indiki dövrdə universitetlərin inkişafı əsla mümkün deyil. Bu vəziyyəti hamı bilir, amma heç kim də praktik olaraq heç nə etmir.
Universitetlərimizin maliyyəsiz "inkişaf" nəticələri göz önündədir. Bu səbəblərdən 7 ildir ki, NK tədqiqat universitetlərinin təyini meyarlarını təsdiq etsə də, hələ də ölkəmizdə tədqiqat universiteti yoxdur.
Bəli, biz onlardan çox şey öyrənməliyik, amma heç kim də heç nə onlardan əxz etməyəcək, hər şey yenə də əvvəlki kimi bataqlıqda qalacaq. Çünki öyrənmək istəyənlər bu 20 ildə onlardan çox şeylər öyrənə bilərdi.
Bu gün də hər bir məlumat onların saytlarında, jurnallarında açıq, əlyetərli formatda var. Amma bunları oxuyan, anlayan (60% heç nə anlamır bizdə), tətbiq etmək istəyən peşəkar insanlar yoxdur.
Şərabçı, çayçı, şəkərçi, qayıqçı v.s. "menecer"lərlə təhsildə nə etmək olar ki?

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Избранный
30
Demokratikmusavat.com

1Источники