Cənubi Osetiya prezidenti infarkt şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Cənubi Osetiyanın 44 yaşlı prezidenti Alan Qaqloyev infarktdan əvvəlki vəziyyətdə Vladiqafqazda Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
KİV-in məlumatına görə, Qaqloyev Sxinvalidə gün ərzində xəstələnib. Prezident təcili yardım maşını ilə Vladiqafqaza aparılıb.
Qaqloyevin mətbuat katibi bildirib ki, o, “planlı həkim müayinəsindən keçib”.