RU

Bakı metrosunda qatarların hərəkəti ləngiyib

Bakı metrosunun "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Bu barədə AzEdu.az-a Bakı Metropoliteninin Mətbuat Xidmətindən bildirilib. 

Nasazlıq səbəbilə sərnişinlər qatardan düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.

Bunun əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Qurum yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.

Избранный
66
3
azedu.az

10Источники