RU

Biləsuvarda güllə yarası alan kişi həyatını itirib

Biləsuvar rayonunun Təzəkənd kəndində güllə yarası alan kişi dünyasını dəyişib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə nəticəsində 1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadığı evin həyətində güllə yarası alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimallara görə, o, ov tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Sabutay Nağıyev, Bizim.Media, Cənub bürosu.

Избранный
40
12
bizim.media

10Источники