Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl özünün “With Love, Meghan” adlı yemək şousunda görünüşünə görə tənqid edilib.
Publika.az xəbər verir ki, bu barədə "Vogue" məlumat yayıb.
Bildirilib ki, Meqan Markl şouda "Hermes", "Zimmerman", "Logan Hollowell", "Sezane", "Cartier", "Ariel Gordon", "Mother" və "Le Chameau" kimi brendlərin geyimlərini geyinir.
Qarderobun qiyməti təxminən 170 min dollardır (təxminən 288490,0000 AZN). Şahzadənin görünüşü yüksək qiymətə görə sosial mediada tənqid olunub.