Martın 6-da Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu olmuş, general-mayor ali hərbi rütbəsində xidmət etmiş Davit Manukyan evində tapılmış silahlar barədə də danışıb.
Aznews.az xəbər verir ki, təqsirləndirilən şəxs sərbəst ifadəsi zamanı Xankəndidəki mənzilində iki silahı olduğunu deyib:
“Biri tapança, o birisi isə yivli ov tüfəngi. Hər iki silah Ermənistan Respublikasının Polis İdarəsində qeydiyyatdadır”.