ABŞ-ın Ukraynaya yardımını bərpa etməsi onun münaqişənin sülh yolu ilə həllinə hazır olmasından və nadir torpaq metalları üzrə sazişin imzalanmasından asılıdır.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Amerika Xarici Əlaqələr Şurasının keçirdiyi onlayn seminarda çıxışı zamanı deyib.
Xüsusi nümayəndənin vurğuladığı kimi, ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirdi ki, indiki mərhələdə söhbət Ukraynaya hərbi yardımın tamamilə dayandırılmasından deyil, fasilədən gedir.
“Mən əminəm ki, sənəd imzalanmayana qədər biz irəli gedə bilmərik”, – deyə o vurğulayıb.
Xüsusi nümayəndə xatırladıb ki, sənədi imzalamaq imkanı artıq Kelloqun Ukraynaya səfəri zamanı təqdim edilib, lakin bu həyata keçirilməyib. O əlavə edib ki, ötən həftə sazişi imzalamaq imkanı olub, lakin Ukrayna tərəfi bunu da etməyib.