RU

Flik: “Neymarın “Barselona”ya mümkün qayıdışı mənlik deyil”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik braziliyalı ulduz hücumçu Neymarın “blauqrana”ya mümkün qayıdışını şərh edib.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, alman mütəxəssis müvafiq şayiələr əsasında ona ünvanlanmış sualı belə cavablayıb:

“Neymar? Bu, mənlik deyil, mənim işim deyil. Mən ancaq komandaya köklənmişəm. Klub böyük imkanlara malikdir, amma bu iş idman direktoru Dekunun (Deku) işidir”, deyə Hansi Flik vurğulayıb.

Xatırladaq ki, Neymarın cari mövsümün başa çatması ilə “Barselona”ya qayıdacağı haqda xərəblər səngimir. Vurğulanır ki, “Ney” maaşının azaldılması şərtilə də Kataloniya klubuna qayıtmaq niyyətindədir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı “Əl-Hilal”ı ilə müqaviləsinə xitam vermiş Neymar cari ilin iyun ayının sonuna qədər müddətə “Santos”la müqavilə imzalayıb.

Neymar “Santos”un məzunudur. “Ney” 2009-2013-cü illərdə “balıqlar”ın əsas komandasında çıxış edib.

12 illik fasilədən sonra “Santos”un heyətində qayıtmış Neymar cari mövsümdə “balıqlar” üçün 7 oyun keçirib, 3 qol və 3 məhsuldar ötürmə ilə fərlqənib.

Neymarın “Santos”da çıxışının ümümi mənzrəsi 232 oyun, 139 qol və 67 məhsuldar ötürmədən ibarətdir.

Neymar 2013-2017-ci illər aralığında “Barselona”da çıxış edib və “blauqrana”nı öz istəyi ilə tərk edərək, PSJ-yə keçib. Bu, hələ də futbol tarixini ən bahalı keçidi olaraq qalmaqdadır – 222 milyon avro məbləğində əməliyyat.

“Ney” “blauqrana”nın heyətində 186 oyuna çıxıb, 105 qol vurub, 76 məhsuldar ötürmə verib. Braziliyalı ulduz “Barselona” ilə İspaniya La Liqasının (2 dəfə), İspaniya Kubokunun (3 dəfə), İspaniya Super Kubokunun, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, FIFA Klub Dünya Kubokunun qalibi olub.

Neymar PSJ-də də 6 il keçirdikdən sonra 2023-cü ilin yayında “Əl-Hilal”a keçib. Transfer ərəblərə 90 milyon avro məbləğə başa gəlib. Amma zədələrdən qurtula bilməyən təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində cəmi 7 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı hücumçunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Избранный
65
3
arena.az

10Источники