RU

Avropa bizə qalib gələ bilməyəcək -

Avropa hələ də Moskva və Vaşinqton arasındakı harmoniyaya uyğunlaşmayıb. Metbuat.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə açıqlama verib. O bildirib ki, Varşava və Parisin hərbi bəyanatları bunu ortaya qoyur. Peskovun sözlərinə görə, Avropa ölkələri bəzən lazımsız davranışlar səgiləyirlər. Polşanın baş naziri Donald Tuskun yeni silahlanma yarışı ilə bağlı fikirlərini şərh edən Peskov bildirib ki, Rusiya öz maraqlarını qorumaqla məşğul olacaq.

Peskov, Tuskun yeni silahlanma yarışı ilə bağlı sözlərinə “Onlarla oynamayacağımız üçün bizə qalib gələ bilməyəcəklər” deyərək cavab verib.

Избранный
11
metbuat.az

1Источники