RU

Azərbaycan amazonları: Bakıda “Qadınlar və Yollar. Özünə gedən yol. Azərbaycan” filminin qapalı ön nümayişi keçirilib (FOTO)

Bakı. Trend:

Martın 6-da Beynəlxalq Qadınlar Günü ərəfəsində, Mercure BakuCity Hoteldə "Qadınlar və yollar. Özünə gedən yol. Azərbaycan" adlıyeni sənədli filmin qapalı ön nümayişi keçirilib. Film, artıqbeynəlxalq festivallarda tanınmış və uğur qazanmış rejissor duetiKristina Kretova və Anna Kameneva tərəfindən ərsəyə gətirilənuğurlu filmlər seriyasının davamıdır.

Film, tamaşaçıları rejissorlar Kristina Kretova və AnnaKameneva, eləcə də layihənin tərəfdaşları Narmina Həsənova vəNərminə Ələkbərova ilə birlikdə Azərbaycanın füsunkar bölgələrinə –Bakı, Basqal, Lahıc, İsmayıllı, Qəbələ, Şəki və Qobustan –avtomobil səyahətinə dəvət edir və ölkənin istedadlı, çoxşaxəliqadınlarının hekayələri ilə tanış edir. Filmin qəhrəmanlarıarasında opera müğənnisi, baş həkim, rəssam, biznesvumen, muzeydirektoru, moda dizayneri, futbol hakimi və bir çox başqaları var.Onların taleləri və nailiyyətləri müasir Azərbaycan qadınınınçoxşaxəli obrazını – ənənələrin, güclü xarakterin və özünüreallaşdırmaq arzusu istiqamətində irəliləyişi – açmaqla yanaşı,həm də ölkənin fərqliliyini və gözəlliyini nümayiş etdirir.

Filmin əsas mövzusu qadın dostluğu, dəstək və tərəfdaşlıq olub –bu, bir çoxlarının yolununun qurulduğu təməl prinsiplərdir.Azərbaycanın amazonları simvolu rejissorları məhz bu filmdə qadındostluğu mövzusunu açmağa ilhamlandırıb, nəsildən-nəslə ötürülənzəriflik və həyatın çətinliklərinə qarşı duruş gətirmə gücünü önplana çıxarıb.

Filmin qəhrəmanları və tərəfdaşları üçün təşkil olunan qapalı önnümayiş, artıq rejissor duetinin və layihənin formalaşmış birənənəsinə çevrilib. Bu, xüsusi bir andır – ilhamverici qadınhekayələri və maraqlı səyahət ilk dəfə tamaşaçılarla – qəhrəmanlar,tərəfdaşlar və sponsorlarla "qarşılaşır". Eyni zamanda, yaradıcıkomanda öz emosiyalarını və hisslərini onlarla bölüşmək imkanı əldəedir.

"Qadınlar və yollar. Özünə gedən yol. Azərbaycan" filminintərəfdaşları və sponsorları aşağıdakılardır: Improtex Motors vəBMW, OneSmartStarBaku və StarPhone, NarmeenJewelry, Mini BossBusiness school, IdealTur, Molokan Inn Hotel, Kiçik və OrtaBiznesin İnkişafı Agentliyi (KOBİA), eləcə də AzərbaycanRespublikasının Dövlət Turizm Agentliyi.

Tədbir iştirakçıları filmin mənəvi gözəlliyini, emosionaldərinliyini və mənalarını vurğulayaraq, Azərbaycanın təbiətinin,mədəniyyətinin və insanlarının gözəlliyini əks etdirən bu işə görəçəkiliş qrupuna təşəkkürlərini bildirdilər.

Qapalı nümayişdən sonra film Kann Festivalı çərçivəsində nümayişüçün hazırlanacaq və beynəlxalq kino festivallarına yol alacaq.2025-ci ilin payızında isə Bakıda rəsmi premyerası baş tutacaq,burada "Qadınlar və yollar. Özünə gedən yol. Azərbaycan" filmigeniş tamaşaçı auditoriyasını bir araya gətirərək onları yenikəşflərə ilhamlandıracaq.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Azərbaycan
Избранный
13
1
az.trend.az

2Источники