RU

"Hyundai"yə robot taksi yaratmaq üçün "Avride"ilə birləşdu

Avtomobil istehsalçısı "Hyundai" avtonom taksi xidmətləri üçün tam sürücüsüz avtomobilləri birgə hazırlamaqla bağlı "Yandex"in keçmiş törəməsi olan "Avride" ilə birləşib. Tərəfdaşlıq "Avride"ə bu il avtonom idarəetmə texnologiyası ilə təchiz edilmiş "Hyundai Ioniq 5" yolsuzluq avtomobilini istifadəyə verməyə imkan verəcək. 

Valyuta.az xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.

"Avride" hazırda bir neçə şəhərdə robotlar parkını idarə edir və yaxın gələcəkdə kommersiya robotaxi xidmətini işə salmağı hədəfləyir. Şirkət artıq bir ildir ki, Ostin və Seulda sınaq avtomobilləri kimi "Ioniq 5" və "Hyundai Sonata"dan istifadə edir. Açıqlamada "Avride" kommersiya xidmətinin başlaması ərəfəsində öz donanmasını "əhəmiyyətli dərəcədə genişləndirməyi" planlaşdırdığını bildirib.

"Avride" donanması üçün nəzərdə tutulan "Ioniq 5" avtomobilləri "Hyundai"nin Gürcüstandakı yeni "Metaplant America" zavodunda yığılacaq və sonra "Avride"nin avtonom idarəetmə texnologiyası ilə inteqrasiya olunacaq.

Paşa Məmmədli

Избранный
66
30
valyuta.az

10Источники