"Rəqib qələbəyə layiq idi. Biz çoxlu səhvlər buraxdığıız halda, onlar nöqsansız oynadılar. Bütün ikili mübarizələrdə məğlub olduq".

Offsideplus.az xəbər verir ki, bu sözləri Avropa Liqasının 1/8 final mərhələsində "ev"də "Reyncers"ə 1:3 hesabı ilə uduzan "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo deyib.

O, təkcə futbolçuların deyil, "Şükrü Saracoğlu"na yığışan azarkeşlərin də zəif təsir bağışladığını vurğulayıb: "İkincii hissədə vəziyyəti dəyişməyə çalışdıq, ancaq səhvlər etməyə davam edirdik. Ön xətdə fəal deyildik. Üstəlik "Reyncers"in qapıçısı yaxşı zərbələrimizi dəf etdi. Azarkeşlərimiz də komanda kimi idi, onlar da böyük dəstək verə bilmədilər. Komanda da pis oynadı, baş məşqçi də zəif göründü. Bir sözlə, bu gün hamımız pis idik".

Məğlubiyyətə baxmayaraq, Mourinyo turun taleyinin hələ həll olunmadığını bildirib : "Mübarizə hələ başa çatmayıb. 3:1 geridəyik və önümüzdə daha bir 90 dəqiqə var".

Qeyd edək ki, cavab görüşü martın 13-də keçiriləcək.

  i dayan"daq "