RU

Niderland aviaşirkəti NATO-nun sammitinə görə hökumətdən təzminat istəyəcək

KLM aviaşirkəti NATO-nun Haaqada (Niderland) Sxiphol hava limanının tutumunu azaldacaq sammiti səbəbi ilə hökumətdən təzminat tələb etmək niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə şirkətin baş direktoru Maryan Rintel BNR radiostansiyasına müsahibəsində bildirib.

"Biz mütləq hökumətlə danışacağıq və təzminat tələb edəcəyik", - Rintel deyib. O, söhbətin hansı məbləğdən getdiyini açıqlamayıb.

Daha əvvəl məlum olub ki, sammit və hava limanında uçuş-enmə zolağının paralel xidməti səbəbindən KLM bir neçə gün ərzində uçuşların sayını 20 % azaltmaq məcburiyyətində qalacaq.

Dünən “Air France – KLM” alyansı 2024-cü ildə 489 milyon avro xalis mənfəət əldə etdiyini, bunun 2023-cü il rekordunun yarısı olduğunu açıqlayıb.

Избранный
27
report.az

1Источники