“Tarixdə mühüm rol oynamış görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsi Rusiyada böyük hörmətlə yad edilir”.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova brifinqdə söyləyib. O qeyd edib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə Moskvada abidə qoyulması Rusiya və Azərbaycan üçün mühüm mədəni-humanitar hadisə olacaq".
“Ölkəmizdə bu parlaq, qeyri-adi istedadlı insan və dövlət xadiminin xatirəsi böyük sevgi və hörmətlə yad edilir”, - deyə M.Zaxarova vurğulayıb.
O bildirib ki, 2023-cü ildə Moskva və Rusiyanın digər şəhərlərində Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xatirə tədbirləri keçirilib. Abidə qoyulması da bu ənənənin davamıdır.