RU

İtaliyada çökən binanın dağıntıları altında qalan yaşlı qadın 24 saat sonra xilas edilib

Roma, 7 mart, AZƏRTAC

İtaliyanın cənubundakı Bari şəhərində çökən binanın dağıntıları altında qalan yaşlı qadın 24 saatdan sonra xilas olunub.

AZƏRTAC xəbər verir ki, fasiləsiz davam edən axtarış-xilasetmə işlərindən sonra 74 yaşlı qadın dağıntılar altından sağ çıxarılıb və xəstəxanaya çatdırılıb.

Xatırladaq ki, istifadəyə yararsız elan olunan və sakinlərinin təxliyəsinin davam etdiyi bina martın 5-də çöküb. Faktla bağlı istintaq başladıb.

 

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Избранный
36
1
azertag.az

2Источники